Modern.az

Misir Mərdanov: “Nənələrimiz ancaq ev şəraitində yaşmaqlanardılar”

Misir Mərdanov: “Nənələrimiz ancaq ev şəraitində yaşmaqlanardılar”

Təhsil

14 Dekabr 2010, 13:03

Azərbaycanın təhsil naziri hicab aksiyasının arxasında xarici və daxili qüvvələrin  durduğunu bəyan edib 

Təhsil Naziri Misir Mərdanov son bir həftədə ikinci dəfə hicabla bağlı mövqeyini açıqlayıb. Jurnlaistlərə bu gün verdiyi açıqlamada təhsil naziri hicabla bağlı Təhsil Nazirliyinin qarşısında keçirilən etiraz aksiyasının arxasında xarici qüvvələrin durduğunu bəyan edib. (APA)

 “ Təhsil Nazirliyi qarşısında hicabla bağlı keçirilən aksiya müəyyən qüvvələrin, xaricdə və daxildə olan müəyyən fikirli qrupların təşkil etdiyi hadisədir. Başqa cür ola bilməz. Mən o adamlara müraciət edərək deyirəm ki, səhv yoldan çəkinmək, səhv yolun yarısından qayıtmaq yaxşıdır. Elə dinimiz də bunu tələb edir. Biz qaranlıq tərəfə deyil, işıq gələn tərəfə getməliyik”.-deyə nazir bildirib.

Nazir bildirib ki, Təhsil Nazirliyinin hicabla bağlı apardığı siyasət Azərbaycan dövlətinin və dövlətçiliyinin qorunması ilə bağlıdır: “Burada Misir Mərdanovdan, Təhsil Nazirliyindən söhbət gedə bilməz. Biz nənələrimizdən də belə görmüşük, onlar ev şəraitində yaşmaqlanardılar. Mən düşünürəm ki, biz bu işə getməməliyik”.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Bakının qərarı Moskvanı qorxuya saldı - Putinə ikitərəfli zərbə