Modern.az

“WikiLeaks”in rəhbəri Assanj Azərbaycan vətəndaşlarına da müraciət edib

“WikiLeaks”in rəhbəri Assanj Azərbaycan vətəndaşlarına da müraciət edib

Təhsil

14 Dekabr 2010, 14:33

“İnsanları mənə və mənlə işləyən şəxslərə qarşı aparılan qeyri-qanuni və mənəviyyatsız hərəkətlərdən müdafiə etməyə çağırıram”

Londonda həbsdə olan “WikiLeaks” saytının yaradıcısı Culian Assanj “Visa”, “Masterkard” və “PayPal” ödəmə sistemlərini tənqid edən bəyanat yayıb və bəyanatı bütün dünyada yaşayan insanlara ünvanlayıb. Qeyd edək ki, adları çəkilən xidmətlər Assanja könüllü ianə vermək istəyənlərin pullarını qəbul etməkdən imtina edib.

“Biz indi əmin olduq ki, bu şirkətlər ABŞ-ın xarici siyasətinini yeridilməsində alət rolunu oynayır”-deyə bəyanatda deyilir: “Mən bütün dünyaya müraciət edərək insanları mənə və mənlə işləyən şəxslərə qarşı aparılan qeyri-qanuni və mənəviyyatsız hərəkətlərdən müdafiə etməyə çağırıram”

Assanj həmçinin qeyd edib ki, daha minlərlə məxfi sənədi açıqlamaq niyyətindədir. 

“Mən öz ideallarıma inamımı saxlayıram. Saxlandığım vəziyyət mənim  iradəmi qıra bilməz”-deyə Assanj bildirib. Onun sözlərinə görə, hazırda üzərində qurulan məhkəmə Assanjın hərəkətlərinin “düzgün və ədalətli olduğunun təsdiqidir.
Qeyd edək ki, bu gün Culain Assanj Londonda məhkəmə qarşısına çıxarılacaq.

Məhkəmə onun İsveçə ekstradasiya məsələsinə baxır.

Whatsapp
Bizə yazın!
Keçid et
Bakının qərarı Moskvanı qorxuya saldı - Putinə ikitərəfli zərbə