Modern.az

Ədliyyə Nazirliyi: "Nikahların sayı artır, boşanmalar isə stabildir"

Ədliyyə Nazirliyi: "Nikahların sayı artır, boşanmalar isə stabildir"

Təhsil

14 Dekabr 2010, 15:42

Azərbaycanda nikahların sayı ilbəil artır, boşanmaların sayı isə stabildir. Ədliyyə Nazirliyinin Qeydiyyat və Notariat Baş İdarəsinin rəisi İlqar Məmmədovun sözlərinə görə, hazırda boşanma faizi 9-11 faiz təşkil edir:
"Çox illərdir ki, bu rəqəm dəyişməzdir. Bəzən mətbuatda fikirlər səslənir ki, boşanmaların sayı artır, ancaq əslində belə deyil. Bizdə boşanmaların sayı azalır ki, aptmır".

Dövlət Statistika Komitəsinin məlumatına görə, bu ilin doqquz ayı ərzində ölkədə 53 min nikah və 6,5 min boşanma halları qeydə alınıb. "2009-cu ilin müvafiq dövrünə nisbətən əhalinin hər 1000 nəfərinə hesabı ilə nikahların sayı 8,1-dən 7,9-a qədər azalıb, boşanmaların sayı isə 0,9-dan 1,0-a qədər artıb"-deyə Dövlət Statistika Komitəsinin məlumatında bildirilib.

Modern.az

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Bakının qərarı Moskvanı qorxuya saldı - Putinə ikitərəfli zərbə