Modern.az

Bəzi QHT-lər maliyyə hesabatından azad oluna bilər

Bəzi QHT-lər maliyyə hesabatından azad oluna bilər

Qarabağ

14 Dekabr 2010, 16:10

Prezident yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası QHT-lərin fəaliyyətini tənzimləyən bir sıra qanunvericilik aktlarında əlavə və dəyişikliklərin edilməsi təklifi ilə çıxış edəcək. Modern.az xəbər verir ki, bu barədə QHT-lərə Dövlət Dəstəyi Şurasının sədri Azay Quliyev bildirib.
Onun sözlərinə görə, hazırda irəli sürüləcək təkliflərlə bağlı müzakirələr aparılır: "Bu təkliflər qanunvericiliyin təkmilləşdirilməsi, illik maliyyə hesabatının sadələşdirilməsi ilə bağlı ola bilər. Hazırda hesabatlarını təqdim edən QHT-lər fərqləndirilmir. Yəni ildə 1 qəpik də olsun maliyyə dövriyyəsi olmayan QHT ilə 1 milyon maliyyə dövriyyəsi olan təşkilatlar arasında fərq qoyulmur. Hesab edirəm ki, bu məsələdə müəyyən diferensial siyasət yürüdülə bilər. Məsələn, ABŞ-da 5 min, Rusiyada isə 10 min dollara qədər maliyyə dövriyyəsi olan QHT bu hesabatdan azaddır. Mümkündür ki, biz elə edə bilərik ki, daxili maliyyə hesabına formalaşan və illik dövriyyəsi 10 min manatdan yuxarı olan QHT-lər bu hesabatdan azad edilsin. 
Ancaq bu maliyyə xarici deyil, daxili maliyyə hesabına formalaşmalıdır. Xaricdən alınan maliyyənin isə qəpiyinə qədər hesabatı verilməlidir".

A.Quliyev deyib ki, hazırda QHT-lərə tətbiq edilən sanksiyaların həcmi həddən artıq çoxdur. Onun sözlərinə görə, elə sanksiya növü var ki, QHT ona görə 2500 manat cərimə ödəməlidir.
“Halbuki, bəzi QHT-lərin illik dövriyyəsi 2500 manat təşkil etmir. QHT-lərin aldığı qonorar o qədər azdır ki, cərimə sanksiyalarını ödəyə bilmir. Yaxud QHT-lərin aldığı qrantların konkret ünvanı mövcuddur ki, həmin vəsaiti digər sahələrə xərcləyə bilməz. Nəzərə almaq lazımdır ki, QHT-lər bir sosial fenomendir, kommersiya təşkilatı deyil”-deyə A. Quliyev bildirib.

Modern.az

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Paşinyan Qazaxa gəldi - Ermənilər üzərinə hücum çəkdi