Modern.az

Usama bin Ladenin vəsiyyəti yayılıb

 Usama bin Ladenin vəsiyyəti yayılıb

1 Mart 2016, 21:53

 

“Əl-Kaida” terror təşkilatının keçmiş lideri Usama bin Laden öz vəsiyyətnaməsində qoyduğu mirasın böyük hissəsini “cihad məqsədlərinə” sərf etməsini vəsiyyət edib. Modern.az saytı BBC xəbər verir ki, sənəd 2011-ci ildə ABŞ xüsusi təyinatlılarının Pakistanda “dünyanın bir nömrəli terrorçusu”na qarşı keçirdiyi əməliyyat zamanı tapılıb.

Amerikalılar hesab edirlər ki, vəsiyyətnamə 1990-cı illərin sonunda yazılıb. Vəsiyyətnamədən əlavə ABŞ kəşfiyyatının əlinə daha 112 sənəd keçib. Onların əksəriyyəti hələ də məxfi saxlanılır.

Qeyd edək ki, Bin Ladenin mirası 29 milyon dollar məbləğində dəyərləndirilir.  

Modern.az

 
Telegram
Hadisələri anında izləyin!
Keçid et
BAKI TƏSDİQLƏDİ - Sülhməramlılar Qarabağdan belə çıxarıldı