ATƏT-in Bakı ofisinin rəhbəri Əli Cankorel bu gün Klassik Xalq Cəbhəsi Partiyasının mərkəzi qərargahında partiyanın sədri Mirmahmud Mirəlioğlu ilə görüşüb. Görüşdə Azərbaycandakı seçkisonrası vəziyyət, mövcud situasiyadan çıxış yolları, ölkədəki ictimai-siyasi durumla bağlı müzakirələr aparılıb.
Görüşdə həmçinin ATƏT-in Azərbaycanla bağlı siyasəti ətrafında da fikir mübadiləsi aparılıb. M.Mirəlioğlu müzakirə olunan məsələlərə dair KXCP-nin mövqeyini açıqlayıb.
Modern.az