Modern.az

JAM azərbaycanlı əsirlərlə bağlı saytın təqdimatını keçirəcək

JAM azərbaycanlı əsirlərlə bağlı saytın təqdimatını keçirəcək

Qarabağ

14 Dekabr 2010, 17:22

Jurnalist Araşdırmalar Mərkəzi (JAM) Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə yardımı ilə həyata keçirdiyi “Erməni əsirliyində və girovluğunda olmuş azərbaycanlılara qarşı insanlığa sığmayan davranışlar barədə beynəlxalq aləmin məlumatlandırılması” adlı layihənin birinci mərhələsini başa vurub.
Bu barədə məlumatı Modern.az-a JAM sədri Seymur Verdizadə verib.

Onun sözlərinə görə, layihə çərçivəsində Bakıda və Abşeron yarımadasında yaşayan 20 nəfər keçmiş əsir və girovlarla görüş keçirilib. “Görüş nəticəsində onlardan lazımı məlumatlar toplanılıb. Həmçinin müvafiq dövlət qurumları ilə əməkdaşlıq edilərək bu problemlə bağlı yeni faktlar da əldə olunub”,-deyə S.Verdizadə vurğulayıb.

O, qeyd edib ki, hazırda toplanan sənədlər ingilis dilinə tərcümə olunur. “Burada məqsəd erməni vandalizmini dünya ictimaiyyətinə çatdırmaq üçün yeni saytın yaradılmasıdır. Çünki, sayt Azərbaycan dili ilə yanaşı, ingilis dilində də fəaliyyət göstərəcək. Yeni yaradılacaq saytın Bakıda, Tbilisidə və Ankarada təqdimatı keçiriləcək.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
TƏCİLİ! Bayrağımız Qazaxın kəndlərində qaldırıldı