Modern.az

QHT-lərə dair yeni təkliflərin hazırlanması qərara alınıb

QHT-lərə dair yeni təkliflərin hazırlanması qərara alınıb

Qarabağ

14 Dekabr 2010, 17:36


Bu gün Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının, ABŞ Beynəlxalq İnkişaf Agentliyi Vətəndaş Cəmiyyəti Layihəsinin, Counterpart İnternational təşkilatının və Qeyri-Kommersiya Hüququ üzrə Beynəlxalq Mərkəzin (İCNL) birgə təşkilatçılığı ilə “Azərbaycanda QHT-lərin illik maliyyə hesabatı: problemlər və perspektivlər” mövzusunda dəyirmi masa keçirilib.

Modern.az xəbər verir ki, “Park İnn” otelində baş tutan tədbirin açılışında Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının sədri, Milli Məclisin deputatı Azay Quliyev  qeyd edib ki, hesabatların həm dövlət uçotu, həm də vətəndaş cəmiyyətinin inkişafı maraqları baxımından forma və məzmunca təkmilləşdirilməsi, bu yöndə yerli və beynəlxalq təcrübənin birləşdirilməsi və beynəlxalq mühasibat uçotu standartlarına uyğunlaşdırılması üçün bugünkü tədbirdə irəli sürüləcək təklif və tövsiyələr çox faydalı olacaq.

Tədbirdə Maliyyə Nazirliyinin şöbə müdiri Elxan Cəfərov “QHT-lərin illik maliyyə hesabatı: mövcud vəziyyət və problemlər”, Ədliyyə Nazirliyi Qeydiyyat və notariat baş idarəsinin rəisi İlqar Məmmədov “Hüquqi ünvanın dəyişdirilməsi barədə QHT-nin məlumat vermək öhdəliyi”, .
Vergilər Nazirliyinin şöbə müdiri Bəxtiyar Abdurrəhmanov ”QHT-lərin vergi hesabatlığı: problemlər və sanksiyalar”,  Qeyri-Kommersiya Hüququ üzrə Beynəlxalq Mərkəzin hüquq məsləhətçisi Məhəmməd Quluzadə “Maliyyə hesabatlığı sahəsində digər ölkələrin ən yaxşı təcrübəsi”, Gənc Mühasiblər Birliyinin sədri Solmaz Əliyeva “İllik maliyyə hesabatı və QHT-lərin problemləri” adlı məruzələrlə çıxış ediblər.

Məruzələr ətrafında keçən müzakirələrdə beynəlxalq və yerli ekspertlər Faye Haselkorn, Ülvi İsmayılov, İlqar Ağasıyev, Qiyas Məmmədov, eləcə də QHT rəhbərləri Əliməmməd Nuriyev, Mirəli Hüseynov, Hafiz Hacıyev, Natiq Hüseynov, İradə Cavadova, Rauf Zeyni, Solmaz Əliyeva,  Tofiq Həsənov, Sabit Bağırov və başqaları öz təklif və tövsiyələrini bildiriblər.

QHT-lərin illik maliyyə hesabatı və hüquqi ünvanın dəyişdirilməsi barədə məlumat vermək öhdəliyi mövzuları üzrə məruzə və müzakirələrdə səsləndirilmiş müddəalar əsasında təkliflər paketinin hazırlanması və onların müvafiq dövlət strukturlarına təqdim olunması barədə razılıq əldə edilib.





Modern.az

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Hərbi gəmilər döyüşə hazır vəziyyətə gətirildi