Modern.az

Türkiyədən alman nazirə qadağa gəldi – diplomatik gərginlik

Türkiyədən alman nazirə qadağa gəldi – diplomatik gərginlik

2 Mart 2016, 11:29

Türkiyə dövləti Almaniyanın müdafiə naziri Ursula fon der Layenin martın 6-da Yunanıstanın Lesbos adasına hərbi helikopterlə səfərini qadağan edib.

Modern.az xəbər verir ki, Yunanıstanın Skai telekanalı  Türkiyənin həmin adanı demilitarizə oluynmuş ərazi hesab etdiyi üçün avropalı nazirə helikopterlə bura səfər etməyə icazə verməyib.  

Ursula fon der Layen hərbi helikoperlə Egey dənizində yerləşən adaları ziyarət etmək və miqrantların vəziyyəti ilə tanış olmağı planlaşdırırdı. Müdafiə naziri Türkiyə sahillərindəki qaçqın düşərgələrini ziyarət etmək istədiyini desə də, Ankara buna da razı olmayıb.  

Fevral ayının əvvəllərində Yunanıstanın baş naziri Aleksis Tsipras İrana səfər edərkən də Ankara ilə Afina arasında gərginlik yaşanmışdı.

Türkiyə Tsiprasın təyyarəsinin yanacaq doldurmaq üçün Rodos adasına eniş edəcəyi təqdirdə onu öz hava sərhədlərinə buraxmayacağını demişdi. Buna görə Tsipras səfər qrafikin dəyişərək İrana Misir vasitəsilə uçmuşdu.  

Vüqar İsmayılov

 
Telegram
Hadisələri anında izləyin!
Keçid et
Əliyev Putinlə görüşə gedir