Modern.az

4 yaşlı qızın başını kəsən dayə: “Allah əmr etmişdi”

4 yaşlı qızın başını kəsən dayə: “Allah əmr etmişdi”

2 Mart 2016, 12:41

Moskvada dayə kimi çalışdığı evdə 4 yaşlı qızı boğaraq sonradan onun başını kəsən Özbəkistan vətəndaşı Gülçöhrə Babakulovanın məhkəmə prosesi keçirilib.

Modern.az Rusiya KİV-nə istinadən xəbər verir ki, məhkəmə zalında jurnalistlərin suallarına qısaca cavab verən Babakulova qətli törətdiyini etiraf edib və “Allah əmr etmişdi” – deyə cinayətin motivini izah etməyə çalışıb.

Hakim Tatyana Vasyuçenkonun sədrliyi ilə keçirilən məhkəmə Babakulovanı aprelin 29-na qədər həbsdə saxlamaq barədə qərar verib.  

İstinaq Babakulovanın həbs olunmasını onunla əlbir olan və onu cinayətə sövq edən kənar şəxslərin mövcudluğu ilə əlaqələndirib. Lakin istintaq həmin şəxslərin adını çəkməkdən imtina edib.  

Vüqar İsmayılov   

 
Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Əliyev Putinlə görüşə gedir