Modern.az

Almaniyadakı Azərbaycanlıların Koordinasiya Mərkəzi özünə yeni İdarə Heyəti seçib

Almaniyadakı Azərbaycanlıların Koordinasiya Mərkəzi özünə yeni İdarə Heyəti seçib

Qarabağ

14 Dekabr 2010, 18:19

Berlində yerləşən Almaniyadakı Azərbaycanlıların Koordinasiya Mərkəzinin idarə heyətinin illik iclası keçirilib. Diasporla İş üzrə Dövlət Komitəsinin Mətbuat xidmətindən Modern.az-a verilən məlumata görə, Azərbaycanın Almaniyadakı Səfirliyinin dəstəyi və iştirakı ilə keçirilən toplantıda bu ölkədəki diasporumuzun təşkilatlanması məsələləri müzakirə olunub. İclasda Azərbaycanın Almaniyadakı səfiri Pərviz Şahbazov, səfirliyin I katibi Fikrət Axundov, Almaniya Bundestaqın keçmiş üzvü Hakki Kəskin, AKKM idarə heyətinin üzvləri-AAK-in prezidenti Başar Kömür, AAK-in fəxri prezidenti Bahəttin Kaya, qurumun icraçı direktoru xanım Samirə Patzer-İsmayılova, Frankfurt Azərbaycan Cəmiyyətinin sədri Kəmalə İskəndərova, Azərbaycan Federasiyasının sədri Nüsrət Delbaste, Berlin-Bakı Qalereyasının rəhbəri İbrahim Ehrari iştirak ediblər.
Toplantıda ilk çıxş edən Azərbaycanın Almaniyadakı səfiri Pərviz Şahbazov AAKM-in fəaliyyətini yüksək qiymətləndirib, qurumun qarşısına qoyulan vəzifələrin öhdəsindən layiqincə gəldiyini vurğulayıb. Sonra AAKM-nin icraçı direktoru Samirə Patzer-İsmayılova AAKM-nin 2 illik fəaliyyət haqqında hesabatla çıxış edib. Hesabatı müzakirə edən idarə heyətinin üzvləri müxtəlif təkliflər irəli sürüb, sənədi müsbət qiymətləndirərək qəbul ediblər.  

Sonra gündəlikdəki digər məsələyə-AAKM-nin idarə heyətinin buraxılıb yenidən formalaşdırlması müzakirə olunub. İdarə heyətinin təzə tərkibi səsvermə yolu ilə yenidən seçilib və buraya 3 yeni üzv əlavə olunub: Almaniya Bundestaqının keçmiş üzvü Hakki Kəskin, Azərbaycan Kültür Cəmiyyətinin üzvü, alman dili üzrə mütəxəssis Naiba Hantel, Alman-Azərbaycan Forumunun üzvü, hüqüqşünas Pərviz Yazdani.

İclasda 2011-ci il üçün tədbirlər planı müzakirə edilib. Təkliflər dinlənildikdən sonra iclası aparan AAK-in prezidenti Başar Kömür cəmiyyət sədrlərindən qısa müddətdə tədbirlərin daha yüksək səviyyədə koordinasiya olunması məqsədilə 2011-ci ilə aid tədbirlər planının AAKM-nə təqdim olunmasını xahiş edib.

Modern.az

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Ukraynadan hər kəsi şok edən xəbər: Azərbaycanlı jurnalist vəfat etdi