İtaliyanın Baş nazirinə İtaliya parlamentində etimad səsverməsi Silvio Berlusconinin xeyrinə bitib. Beləki cəmi 3 səs üstünlüyü ilə, Silvio Berluskonin parlamentdəki tərəfdarları Baş nazirin karyerasını xilas edə biliblər. İtaliya parlamentində 627 deputatdan 314-ü Berluskonin lehinə səs verib, 311 nəfər əleyhinə səsə verib, 2 nəfər səsvermədə iştrak etməyib.
Bundan əvvəl isə, İtaliyanın Baş naziri Silvio Berlusconi İtaliya senatına deyib ki, onu vəzifəsindən etimad səsverməsi yolu ilə kənarlaşdırmaq səhv olardı.