London Məhkəməsi girov müqabilində "WikiLeaks" internet saytının yaradıcısı Culian Assanjı həbsdən azad edib. Bununla da vəkillər onun İsveçə təhvil verilməsinin qarşısını ala biliblər. Vəkili bildirib ki, əgər Assanj İsveçə verilsə idi, həmin ölkə də onu dərhal ABŞ-a ekstradisiya edəcəkdi.
Modern.az saytı rus xəbər portallarına istinadən bildirir ki, Culian Assanj 380 min dollar pul müqabilində azadlığa buraxılıb. Assanj özü ilə elektrik “bilərzik” gəzdirməli olacaq. Bu “bilərzik” Assanjın harada olduğunu müəyyən etməyə imkan verəcək.
Modern.az