Modern.az

Suriyada terrorçular biri-birini qırır

Suriyada terrorçular biri-birini qırır

3 Mart 2016, 10:08

Suriyada “İslam dövləti” (İŞİD) terror təşkilatı ilə “Ən-Nusra Cəbhəsi” arasında şiddətli döyüşlər gedir.

Modern.az Rusiya KİV-nə istinadla xəbər verir ki, iki ekstremist təşkilat bu dəfə Dəməşqin cənub-şərqində Yarmak düşərgəsinə yaxın ərazidə üz-üzə gəlib.

“Ən-Nusra” İŞİD-i onun tərkibində olan xırda qruplaşmaları öz tərəfinə çəkmək cəhdlərində təqsirləndirir.  

Məlumata görə, döyüşlər indiyə qədər davam etməkdədir. “Ən-Nusra” onlara məxsus ərazilərdən İŞİD-in çıxmasını tələb edir. 

Toqquşmaların gedişatında “Ən-Nusra”nın liderlərindən biri Yarmuk Əbu Hider əl-Urduninin öldürüldüyü bildirilir.

Aqşin Kərimov  


Whatsapp
Bizə yazın!
Keçid et
Əliyev Putinlə görüşə gedir