Modern.az

Dünyanın ən bahalı metrostansiyası açıldı

Dünyanın ən bahalı metrostansiyası açıldı

4 Mart 2016, 10:28


Amerikanın Nyu-York  şəhərinin Manhetten bölgəsində dünyanın ən bahalı metrostansiyası istifadəyə verilib.

Modern. az xarici KİV-ə istinadən xəbər verir ki, Nyu-Yorkda bu metro stansiyanın tikintisinə 4 milyard dollar xərclənib

Tikilinin monumental konstruksiyanın memarı ispan rəssamı  Santyaqo Kalatravadır.

Metrostansiya Ümumdünya ticarət mərkəzinin ətrafında inşa olunub.

Metronun tikintisi 7 il gec başa çətib.  Yəni bu metri sitansiyanın tikilməsinin 5 ilə başa çatdırılacağı bildirilsə də, 12 il davam edib.

Buna görə də tikinti üçün xərclənmiş 4 milyard dollar nəzərdə tutulmuş məbləğdən təxminən 2 dəfə artıqdır.  "Forbes" jurnalı bu məbləği dünyadakı buna oxşar tikililər üçün rekord məğləb hesab edir.

Yeni istifadəyə verilmiş bu yeraltı nəqliyyat vasitəsi metropolitenin 11 xəttinin keçidini birləşdirir.

Qeyd edək ki, bu metro stansiyanın gün ərzində orta hesabla 250 min sərnişinə xidmət göstərəcəyi bildirilir.

Ağa AKİFOĞLU

Twitter
Sizə yeni tvit var
Keçid et
Əliyev Putin görüşünün gizli şifrələri: Rusiyada nələr oldu?