Modern.az

Bu ölkədə qızıl ehtiyatı 0-a düşdü

Bu ölkədə qızıl ehtiyatı 0-a düşdü

4 Mart 2016, 10:53

Kanadanın dövlət qızıl ehtiyatları sıfıra düşüb.

Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə ölkənin Maliyyə Nazirliyi məlumat yayıb.

“Fevral ayında qurum 21 min 851 unsiya qızıl satıb ki, bu da 679,5 kiloqrama bərabərdir”.

Ötən il dekabrın 31-nə Kanadanın qızıl ehtiyatları 58 milyon, 2015-ci ilin analoji dövründə isə 116 milyon dollar olub.

Kanadanın qızıl ehtiyatlarının tükənməsi faktı 1935-ci ildən bəri ilk dəfə müşahidə olunur.

Dünyada ən böyük qızıl ehtiyatı olan ölkə ABŞ olaraq qalır. Bu ölkənin 8133,5 ton, ikinci pillədəki Almaniyanın isə 3381 ton qızıl ehtiyatı var.

Vüqar İsmayılov 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Sərhədimiz POZULDU - Hərbçilərimiz ATƏŞ AÇDI