Modern.az

Kreml telefon danışığına qoşulacaq liderin adını açıqlamadı

Kreml telefon danışığına qoşulacaq liderin adını açıqlamadı

Dünya

4 Mart 2016, 14:57


Rusiya prezidenti Vladimir Putin, Almaniya kansleri Angela Merkel, Böyük Britaniyanın baş naziri Devid Kemeron və Fransa prezidenti Fransua Olland bu gün Suriya münaqişəsi ilə bağlı dördtərəfli telefon danışğı keçirəcək.  

Modern.az Rusiya KİV-nə istinadən xəbər verir ki, Putinin mətbuat xidmətinin rəhbəri Dmitri Peskov faktı təsdiqləyib.  

Peskov telefon danışığında daha bir dövlət başçısınıın ola biləcəyini desə də onun adını açıqlamayıb.  

Suriyada 27 fevral gecəsindən bəri Bəşər Əsəd qüvvələri və müxalifət arasında atəşkəs rejimi qüvvəyə minib. Atəşkəs Rusiya və ABŞ tərəfinin ortaq səyləri nəticəsində əldə olunmuşdu.  

Vüqar İsmayılov

 
Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Əliyev Putinlə görüşə gedir