Modern.az

Çılpaq poza verən turistlər saxlanıldılar

Çılpaq poza verən turistlər saxlanıldılar

5 Mart 2016, 12:38


İngilis turist 23 yaşlı Adam Burton və fransız dostu 28 yaşlı Erik Xavier Mariek Perudakı “Machu Picchu” xarabalarında fotokameralara çılpaq poza verdikləri üçün saxlanılıblar.

Modern.az saytı xarici KİV-ə istinadən xəbər verir ki, polis qeyri-əxlaqi davranış səbəbi ilə nəzarətə alınan gənclərin cib telefonundakı fotoşəkilləri mətbuata təqdim edib.

Polis əməkdaşı mətbuata verdiyi açıqlamada turistlərin hərəkətlərinin səbəbini izah etməkdə çətinlik çəkdiyini deyib:

"Niyə bura gəlib belə bir şey etdiklərini həqiqətən anlaya bilmədim".

Peru xarici işlər nazirliyindən verilən açıqlamada ingilis və fransız səlahiyyətlilərinin məsələ ilə bağlı danışıq apardığı qeyd edilib.

2014-cü ildə Peru hüquq mühafizə orqanları 2014-cü ildə bölgədə çılpaq poza verən turistlərin artması səbəbi ilə mühafizəni gücləndirmişdi.

Qeyd edək ki, analoji hadisə 2015-ci ildə Azərbaycanda da qeydə alınıb. İnstagram-da @myassthetics profili ilə məşhur olan əcnəbinin Bakıda da Qız qalasına çıxıb çılpaq foto çəkdirməsi böyük səs-küyə səbəb olmuşdu.

Gülşən RAUFQIZI

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir