Modern.az

“Uduşlu Kupon” qayıdır

“Uduşlu Kupon” qayıdır

Təhsil

16 Dekabr 2010, 13:38

AGBank-ın qeydiyyata alınmış eksklüziv lotereyası olan “Uduşlu Kupon” 2010-cu il dekabr ayının 20-dən yenidən bankomatlara qoyulmağa başlanacaq və bu kampaniya 2011-ci il 31 dekabr tarixinə qədər davam edəcək.

İllərdir nəinki AGBank, hətta rəqib bankların kart istifadiçilərini də sevindirən “Uduşlu Kupon”, bundan sonra da AGBank-ın bankomatlarından pul çıxaran şəxslərə 200 və 500 manat qazandıracaq.

Xatırladaq ki, «Uduşlu kupon» ani stimullaşdırıcı lotereya Azərbaycan Respublikasının ərazisində plastik kart biznesinin təbliği və inkişaf etdirilməsi məqsədi ilə yaradılıb. Uduşlu kupon AGBank tərəfindən təsdiq edilmiş nümunəyə və AZN 20 (iyirmi) manat və AZN 50 (əlli) manat dəyərində olan əskinasların ölçüsünə uyğun kağız kupondur.

 “Uduşlu Kupon”un keçirilməsi qaydalarına gəldikdə isə plastik kart istifadəçiləri «Azəriqazbank» ASC-yə məxsus olan bankomatlardan (ATM) manatla nəğd pul çıxararkən, çıxarılan pul əskinaslarının arasında uduşlu kupon da çıxa bilər. Bu zaman çıxarılan pul əskinaslarından biri kuponla əvəz edilir.

Uduşlu kuponu əldə etmiş şəxs, lotereyanın keçirilməsi müddəti ərzində və ya lotereya başa çatdığı zaman 90 (doxsan) iş günü ərzində Bakı şəhəri, Landau küçəsi 16-da yerləşən «Azəriqazbank» ASC-nın baş idarəsinə müraciət edərək, həmin kuponu, əməliyyat zamanı aparılması üçün istifadə edilmiş plastik kartı və onun sahibinin şəxsiyyətini təsdiq edən sənədi Banka təqdim etməlidir. Bank, ona təqdim edilmiş kupon müqabilində, nəğd pul çıxarılma əməliyyatı zamanı kuponla əvəz edilmiş pul əskinasını və kuponda göstərilmiş uduşu kuponu təqdim edən şəxsə, həmin an verir.

Modern.az

Sizə yeni x var
Keçid et
Bakının qərarı Moskvanı qorxuya saldı - Putinə ikitərəfli zərbə