Modern.az

Yeni KƏŞF: QİÇS-li hamilə qadının uşağı virusdan xilas edildi

Yeni KƏŞF: QİÇS-li hamilə qadının uşağı virusdan xilas edildi

5 Mart 2016, 15:22



QİÇS xəstəsi olan hamilə qadından virusun bətnindəki uşağa keçməsi dayandırılıb. Modern.az xəbər verir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatı məlumat yayıb. Olduqca böyük əhəmiyyətə malik olan bu yenilik Kubada mümkün olub.

Hər il 1 milyon 400 min İİV-li qadın ana olur. Virusun anadan uşağa keçmə riski uşağı əmizdirmə və ya doğuş vaxtlarında 45 faizə qədər yüksəlir.

Ancaq Kubanın hazırladığı və üzərində işlədiyi dərmanla bu risk artıq 1 faizdən aşağıdır.

Ümumdünya Səhiyyə Təşkilatının rəhbəri Marqaret Çan bunu tibb sahəsində ən böyük kışflərdən biri kimi qeyd edib.

Aytən ZƏHRA

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Sevastopolda Rusiyaya məxsus daha bir SU-35 vurulub