Modern.az

ABŞ Suriyada 2 hərbi baza yaradır

ABŞ Suriyada 2 hərbi baza yaradır

7 Mart 2016, 10:34

ABŞ Suriyanın şimalında 2 hərbi aviasiya bazasının tikintisini gerçəkləşdirir.

Modern.az Qərb KİV-nə istinadən xəbər verir ki, kürdlərin nəzarəti altında olan ərazilərdə inşa edilən baza həm mülki, həm də hərbi məqsədlər üçün istifadə olunacaq.  

“Suriya Demokratik Qüvvələri” qruplaşmasının məlumatına görə Rmeylan şəhəri yaxınlığında inşa edilən bazanın uçuş-eniş zolağı tam istifadəyə hazır vəziyyətdədir.  

Türkiyə ilə sərhəddə yerləşən Kobani şəhərindəki ikinci hərbi aviasiya bazasının tikintisi isə yenicə başlayıb.  

Bölgədə onlarla amerikalı hərbi mütəxəssisin yerləşdiyi bildirilir.    

Vüqar İsmayılov 

 
Whatsapp
Bizə yazın!
Keçid et
Görün İran necə çaşdı- Bakının cavabı nə olacaq?