Modern.az

Putin: “Lujkov Medvedevlə konfliktinə görə istefaya göndərilib”

Putin: “Lujkov Medvedevlə konfliktinə görə istefaya göndərilib”

Təhsil

16 Dekabr 2010, 16:15

Rusiyanın baş naziri Vladimir Putin telekanlla sadə rusların suallarını cavablandırdığı “canlı xətt”də Moskvanın keçmiş meri Yuri Lujkovun istefaya göndərilməsinə münasibət bildirib. Putin deyib ki, bu istefanın kökündə Rusiya prezidenti Medvedevlə sabiq mer arasında olan münaqişə durub. Amma Putin hansı münaqişədən söhbət getdiyini açıqlamayıb.

“Hakimiyyətin müasir sistemində prezident qubernatorlara birbaşa rəhbərlik edir”-deyə o, vurğulayıb. Daha sonra zarafatla əlavə edib ki, “Lujkovu idmandankənar davranışına görə işdən azad ediblər”.

Yuri Lujkov 2010-cu il sentyabrında istefaya göndərilib. Onun yerinə Sergey Sobyanin təyin edilib. Yeni merin fəaliyyətini şərh edən Putin qeyd edib ki, Sobyanin şəhərdə qayda yaratmaqla məşğuldur. Baş nazir bildirib ki, Sobyanin Moskva üçün lazım şəxsdir.

 

Whatsapp
Bizə yazın!
Keçid et
Bakının qərarı Moskvanı qorxuya saldı - Putinə ikitərəfli zərbə