Modern.az

Azərbaycan vətəndaşı Peterburqda 2 afrikalını qarət etdi

 Azərbaycan vətəndaşı Peterburqda 2 afrikalını qarət etdi

7 Mart 2016, 14:31



Sankt-Peterburq şəhərinin Admiralteysk şəhərində 2 Anqola vətəndaşı qarət olunub. Modern.az Rusiya KİV-nə istinadən xəbər verir ki, martın 6-da 38 və 36 yaşlı 2 Anqola vətəndaşı evlərinin kandarında hücuma məruz qalıblar.

İçkili halda olan afrikalılar soyularaq fizki şiddətə məruz qalıblar. Hazırda onlar xəstəxanada müalicə alır.

Afrikalılara hücum edən şəxslərdən birinin əvvəllər soyğunçulq maddəsi ilə məhkumluq həyatı yaşamış 42 yaşlı Azərbaycan vətəndaşı olduğu bildirilir. Hazırda polis onun axtarışını aparır.

Vüqar İsmayılov

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyada azərbaycanlılara HÜCUMLAR - Kreml yenidən diş qıcayır