
Ermənistan ordusunda 2005-ci ilə nisbətən 2015-ci ildə qadın hərbi qulluqçuların sayı 3 dəfə artıb.
Modern.az Ermənistan KİV-nə istinadən xəbər verir ki, bu barədə BMT-nin Əhali Fondunun Ermənistan üzrə icraçı direktoru Qarik Ayrapetyan bildirib.
“2001-ci ildə Ermənistan ordusunda qadınların sayı 3,3%, 2001-ci ildə isə 8,8%-ə çatıb. 2015-ci il üçün bu göstəricinin 10%-i keçdiyin düşünürük”.
Ayrapetyanın fikrincə, ölkədəki işsizlik qadınların hərbiyə axın etməsinə səbəb olan amillərdən biridir.
Vüqar İsmayılov