Modern.az

Avropa Birliyindən Türkiyəyə 2 tələb və 3 güzəşt

Avropa Birliyindən Türkiyəyə 2 tələb və 3 güzəşt

7 Mart 2016, 15:34

Avropa Birliyi miqrant böhranını həll etməkdə önəmli rol oynayan Türkiyəyə 3 məsələdə ciddi güzəştə hazırlaşır.

Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, həmin güzəştlər qarşısında Birlik türklərdən 2 əsas tələbinin gerçəkləşməsini istəyir.

“Avropa Birliyi liderləri Türkiyədən 2 məsələdə güzəşt istəyəcək: Avropa Birliyinə daxil olmağa çalışan miqrantlara öz ərazisində sığınacaq verməsini və Brüsselin siyasi mühacir statusu verməkdən imtina etdiyi şəxsləri öz ərazisində saxlamağa”.  

Bunun qarşlığında Brüssel qaçqın düşərgəslərinin saxlanması üçün Ankaraya azı 3 milyard avro pul, Türkiyə vətəndaşlarının Birlik ərazisinə qısa müddətli səfərlər üçün tələb olunan viza rejiminin ləğvi və Türkiyənin Avropa Birliyinə üzv olması ilə bağlı danışıqların aktivləşdirilməsini vəd edir.  

Vüqar İsmyılov

 
Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
SON DƏQİQƏ! İran raketlərlə vuruldu- Anbaan görüntülər