Modern.az

“AvtoVaz”ın direktoru istefaya göndərildi

“AvtoVaz”ın direktoru istefaya göndərildi

Dünya

7 Mart 2016, 16:33


Rusiyanın “AvtoVaz” avtomobil şirkətinin səhmlərinə sahib olan “Renault-Nissan” alyansı kadr dəyişikliyi elan edib.

Modern.az Rusiya KİV-nə istinadən xəbər verir ki, “AvtoVaz” ASC-nin sədri Bu Andersson istefaya göndərilib.

Onun yerinə kimin təyin olunacağı martın 15-də keçiriləck direktorlar şurasının iclasında məlum olacaq.

“AvtoVaz” şirkətinin səhmlərinin 67,13%-i Renault-Nissan (Reanult – 50,1% və Nissan – 17,03%), 32,8%-i isə “Rosstex” şirkətinə məxsusdur.

Bu Andressonun müqaviləsi 2016-cı ilin dekabrında başa çatdırdı.

Vüqar İsmayılov

Whatsapp
Bizə yazın!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır