Modern.az

Türkiyə ilə Avropa Birliyi arasında mühüm razılaşmalar

Türkiyə ilə Avropa Birliyi arasında mühüm razılaşmalar

8 Mart 2016, 10:03

Türkiyə ilə Avropa Birliyi miqrant böhranının həlli ilə bağlı mühüm razılaşma əldə edib.

Modern.az xarici KİV-ə istinadla xəbər verir ki, bu barədə Avropa Komissiyasının rəsmi nümayəndəsi Mina Andreyeva məlumat verib.

Onun sözlərinə görə, Avropa Komissiyasının rəhbəri Jan-Klod Yunker və Avropa Birliyi Şurasının sədri Donald Tusk Türkiyənin baş naziri Əhməd Davudoğlu arasında razılıq olub.

Rəsmi nümayəndə razılaşmanın detalları barədə açıqlama verməsə də, bildirib ki, bu, miqrasiya böhranının həllinin əsas prinsipləri ilə bağlıdır.

Bu arada Türkiyənin baş naziri Əhməd Davudoğlu ölkəsi ilə Avropa Birliyi arasında olan viza rejiminin bu ilin iyunun sonuna qədər ləğv olunacağını bəyan edib.

Modern.az

 

 

 
Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyada azərbaycanlılara HÜCUMLAR - Kreml yenidən diş qıcayır