Modern.az

Şarapovanın dopinqlə bağlı etirafı idman dünyasını şoka saldı – FOTO + VİDEO

Şarapovanın dopinqlə bağlı etirafı idman dünyasını şoka saldı – FOTO + VİDEO

Təhsil

8 Mart 2016, 09:24

Dünyanın ən məşhur tennisçilərindən biri, rusiyalı Mariya Şarapovanın Los-Ancelesdə keçirdiyi mətbuat konfransında verdiyi açıqlamalar idman dünyasını şoka salıb.

Modern.az xarici KİV-ə istinadla xəbər verir ki, xanım tennisçi mildronat adlı dopinq preparatından istifadə etdiyini etiraf edib. O, bu dərmanın ona həkimi tərəfinndən verildiyini qeyd edib. 

Bununla belə, Şarapova deyib ki, bu dərmanın dopinqlər siyahısında olduğundan çox gec xəbər tutub.  

Tennisçi yanvar ayında çıxış etdiyi və 1/4 finalda amerikalı Serena Uilyamsa uduzduğu Avstraliya açıq çempionatı zamanı verdiyi dopinq-testin müsbət nəticələndiyini deyib.

“Beynəlxalq Tennis Federasiyasından məktub almışam. Məktubda bildirilir ki, “Australian Open” turnirində götürülən dopinq-test müsbət nəticə verib”, M.Şarapova bildirib.  

Şarapova olanlara görə məsuliyyət daşıdığını vurğulayıb.   





Modern.az
Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyada azərbaycanlılara HÜCUMLAR - Kreml yenidən diş qıcayır