Bakıda biznesmenlərə yarım milyon dollar "atdılar". Modern.az saytı musavat.com-a istinadən xəbər verir ki, iki sahibkar polisə müraciət edərək, eyni şəxs tərəfindən külli miqdarda pullarının ələ keçirildiyini bildiriblər.
Belə ki, Nərimanov Rayon Polis İdarəsinə müraciət edən Bakı şəhər sakinləri - 1956-cı il təvəllüdlü Əli Allahverdizadə və 1959-cu il təvəllüdlü Sahib Umudov 2007-ci ildə Namiq adlı şəxsə hərəsi 235 min dollar pul veriblər. Lakin Namiq adlı şəxs onların etibarından sui-istifadə edərək, pullarını qaytarmayıb.
Hər iki sahibkar 9 ildir ki, pullarını istədikləri Namiq adlı şəxsin müxtəlif bəhanələri ilə qarşılaşırlar. Şikayətlə bağlı Nərimanov Rayon Polis İdarəsində araşdırma aparılır.
Modern.az