Modern.az

ABŞ hərbi təyyarəsi İraqda qəzaya uğradı

ABŞ hərbi təyyarəsi İraqda qəzaya uğradı

Dünya

9 Mart 2016, 10:06

İraqın şimalındakı Ərbil şəhərində Amerika Hərbi Hava Qüvvələrinə aid olan təyyarə uçuş zamanı yerə düşüb.

Modern. az saytı xarici KİV-nə istinadən xəbər verir ki, hadisə zamanı təyyarədə olan 4 nəfər ekipaj üzvündən heç biri xəsarət almayıb.

Təyyarə qəzasının yalnız texniki səbəblərdən baş verdiyini bildirən Pentaqon rəsmiləri hadisə ilə bağlı məlumatın araşdırmalar başa çatdıqdan sonra söylənəcəyini deyiblər.

Hadisə baş verdikdən sonra ABŞ Hərbi Dəniz Qüvvələrinə məxsus vertolyotlar hadisə yerindən pilotları təxliyə etməyi bacarıblar.

Qeyd edək ki, hadisənin şənbə günü baş verməsinə baxmayaraq məlumat bu gün yayılıb.

Ağa AKİFOĞLU

Whatsapp
Bizə yazın!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir