Modern.az

Şimali Koreyadan ABŞ-a nüvə TƏHDİDİ

 Şimali Koreyadan ABŞ-a nüvə TƏHDİDİ

Dünya

9 Mart 2016, 10:10


“Əgər ABŞ ölkəmizin suverenliyini və mövcudluğunu təhdid edərsə, Şimali Koreya çəkinmədən və israr etmədən bu ölkəyə qəti şəkildə nüvə zərbəsi endirəcək “.

Modern. az saytı xarici KİV-nə istinadən xəbər verir ki, bu sözləri Şimali Koreyanın lideri Kim Çen In  ölkənin nüvə sənayesi mütəxəssisləri ilə görüşdə dilə gətirib.

 Qapalı keçirilən görüşdə Şimali Koreya nüvə alimlərinin hazırladığı kiçik nüvə başlıqlarının təqdim da olub.

“Bu dəfə hazırlanmış nüvə başlıqları o qədər  kiçildilib  ki, onları ballistik raketlərə  belə, bərkitmək mümkün olacaq “ –deyə Şimali Koreyanın rəhbəri Kim Çen In açıqlamasında qeyd edib.

Qeyd edək ki, bir neçə gün bundan öncə də Şimali Koreya rəhbərliyi istənilən an nüvə silahını və nüvə başlıqlarını istifadə etməyə hazır olduqlarını bəyan etmişdi.

Həmçinin Kim Çen In ölkənin hərbi rəhbərliyinə nüvə zərbəsi endirməyə hazır olmaq üçün yenidən ölkənin hərbi doktrinasına bir daha baxmaq əmrini də verib.

BMT  Təhlükəsizlik Şurası bu ilin yanvarında Pxenyanın nüvə sınağına  cavab olaraq KXDR-ə dair sanksiyaların sərtləşdirilməsi haqqında qətnamə qəbul edib.

2006-cı ildən indiyə qədər Şimali Koreya artıq dörd nüvə sınağı keçirib və proqramı bitirməkdən imtina edir.

Ağa AKİFOĞLU

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
TƏCİLİ! Bayrağımız Qazaxın kəndlərində qaldırıldı