Dekabrın 17-nə keçən gecə UEFA Avropa Liqasında qrup mərhələsinin son oyunları yekunlaşıb.
Bu gün Bakı vaxtı ilə saat 16.00-da UEFA Avropa Liqasında 1/16 və 1/8 final mərhələlərinin püşkü atılacaq. Pley-off mərhələsinin 32 iştirakçısı püşkatma ərəfəsində iki səbətə bölünəcək.
Püşkatmanın tələblərinə görə, 1/16 final mərhələsinin iştirakçıları aşağıdakı qaydarlarla müəyyənləşdiriləcək:
- Eyni ölkənin komandaları bir-biriləri ilə qarşılaşa bilməzlər;
- Qrup mərhələsində qarşılaşan komandalar bir-biriləri ilə oynaya bilməzlər;
- İkinci səbətin iştirakçıları ilk oyunu evdə keçirəcəklər;
Qeyd edək ki, Çempionlar liqasının dörd keçmiş iştirakçısı - “Spartak”, “Braqa”, “Ayaks” və “Tvente” Avropa Liqasının 12 qrup lideri ilə eyni səbətə düşüb. Çempionlar Liqasında iştirak etmiş digər dörd klub - “Rubin”, “Bazel”, “Reyncers” və “Benfika” isə Avropa Liqasının qrup mərhələsini ikinci yerdə bitirən 12 klubla eyni səbəbdədir;
1/16 final mərhələsinin bütün iştirakçıları bunlardır:
1-ci səbət:
“Mançester Siti” (İngiltərə), “Bayer” (Almaniya), “Sportinq” (Portuqaliya), “Vilyareal” (İspaniya), “Dinamo” (Kiyev), “ÇSKA” (Moskva), “Zenit” (Rusiya), “Ştutqart” (Almaniya), PSV (Hollandiya), PSJ (Fransa), “Portu” (Portuqaliya), “Spartak” (Rusiya), “Braqa” (Portuqaliya), “Ayaks” (Hollandiya), “Tvente” (Hillandiya).
2-ci səbət:
“Lex” (Polşa), “Aris” (Yunanıstan), “Lill” (Fransa), PAOK (Yunanıstan), BATE (Belarus), “Sparta” (Çexiya), “Anderlext” (Belçika), “Yanq Boyz” (İsveçrə), “Metallist” (Ukrayna), “Sevilya” (İspaniya), “Napoli” (İtaliya), “Beşiktaş” (Türkiyə), “Bazel” (İsveçrə), “Reyncers” (Şotlandiya), “Benfika” (Portuqaliya).
Modern.az