Modern.az

Şimali Koreya 2 ballistik raketini sınadı

Şimali Koreya 2 ballistik raketini sınadı

Dünya

10 Mart 2016, 09:54

 

Koreya Xalq Demokratik Respublikası  (KXDR) dəniz sularında iki yaxın mənzilli ballistik raketi ilə sınaq atışı həyata keçirib.

Modern .az xarici KİV-nə istinadən xəbər verir ki, ballistik raketlər Şimali Koreyanın şimal əyaləti olan Xuanxedən Şərqi Çin dənizi istiqamətinə atılıb.

Atılan raketlər təxminən 500 kilometr məsafəni qət edə bilib. Qeyd edək ki, artıq neçə gündür ki, Şimali Koreya lideri Kim Çen In ABŞ-ın Şimali Koreyanı təhdid edəcəyi halda oranı nüvə zərbələri ilə məhv edəcəyi haqqında açıqlamalar verir.

Hətta dünən ölkə prezidenti Şimali Koreya nüvə alimlərinin hazırladığı kiçik nüvə başlıqlarının təqdimatını da keçirib. BMT Təhlükəsizlik Şurası bu ilin yanvarında Pxenyanın nüvə sınağına cavab olaraq KXDR-ə dair sanksiyaların sərtləşdirilməsi haqqında qətnamə qəbul edib.

2006-cı ildən indiyə qədər Şimali Koreya artıq dörd nüvə sınağı keçirib və proqramı bitirməkdən imtina edir.

Ağa AKİFOĞLU  

 
Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Paşinyan Qazaxa gəldi - Ermənilər üzərinə hücum çəkdi