Modern.az

Nazim İbrahimov iki əməkdaşını Moskvaya göndərib

Nazim İbrahimov iki əməkdaşını Moskvaya göndərib

Təhsil

17 Dekabr 2010, 13:14

Xəbər verildiyi kimi, dekabrın 11-də Moskvanın mərkəzində Manej meydanında iğtişaşlar baş verib. Orada 5 mindən çox futbol azarkeşi və millətçilər sonradan talanlara çevrilən qeyri-qanuni aksiya keçiriblər. Milliətçi şüarlar səslənilib, onlarla insan döyülüb. Buna səbəb "Spartak" (Nalçik) futbol klubunun azarkeşi Yeqor Sviridovun öldürülməsi olub. 
Müxtəlif vasitəçilərlə silahlanan rus millətçiləri Orta Asiya və Qafqazdan olan insanlara, o cümləıdən azərbaycanlılara qarşı zorakılıqlar həyata keçiriblər.
Moskva milisi  şəhərin müxtəlif yerlərində huquq pozuntularına görə 1300 nəfəri saxlayıb.

Moskvada yaşayan, işləyən azərbaycanlılarla bağlı yaranmış vəziyyətlə əlaqədar Azərbaycanın Diasporla İş üzrə Dövlət Komitəsinin iki əməkdaşını Rusiya paytaxtına göndərilib. Bu barədə jurnalistlərə komitənin sədri Nazim İbrahimov bildirib: "Hazırda Moskvadakı qarşıdurmalarla bağlı təhqiqat aparılır və mən inanmıram ki, bu hadisələr böyük fəlakətə gətirib çıxarsın".

Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu isə dünən verdiyi açıqlamada bildirib: “Etiraf edirəm ki, milisin qarşıdurmanı yatırması barədə hay-küylü reportajları anlaya bilmirəm. Vəziyyəti bir gün, bir həftə, bir ay nəzarət altında saxlamaq olar. Lakin millətlərarası razılığı süngü gücünə əldə etmək mümkün deyildir. Buna görə də deməliyəm ki, bu günlər çılpaqlığı ilə üzə çıxmış qarşıdurma problemi ilk baxışdan göründüyündən daha dərin, geniş və ciddidir. Odur ki, bu ağılsız qəzəb və zorakılıq dalğasının qarşısını qətiyyətlə almaq, bu çətin vəzifələrin həllini gələcək nəsillərə saxlamaq lazım deyildir. Bunu isə yalnız bütün elitar təbəqələrin – siyasi, intellektual və konfessional təbəqələrin səylərini birləşdirməklə etmək mümkündür. Hər birimiz könüllü olaraq sülh və əmin-amanlıq səfiri, etnik, dini mənsubiyyətindən, sosial statusundan asılı olmayaraq bütün insanların bərabər hüquqlarının carçısı olmalıyıq”.

Modern.az

 

Whatsapp
Bizə yazın!
Keçid et
Bakının qərarı Moskvanı qorxuya saldı - Putinə ikitərəfli zərbə