Modern.az

Şimali Koreya lideri atom bombasını nümayiş etdirdi – FOTO

Şimali Koreya lideri atom bombasını nümayiş etdirdi – FOTO

10 Mart 2016, 13:17

Şimali Koreyanın dictator prezidenti Kim Çen In ölkənin nüvə mərkəzinə baş çəkib.

Modern. az xarici KİV-nə istinadən xəbər verir ki, sosial şəbəkələrdə Kim Çen Inin nüvə başlığı maketinin yanında çəkdirdiyi şəkillər də yayılıb.

Şəkillərdə “qarışıq tərkibli miniatür nüvə başlığı” təsviri yer alıb. Bu miniatür başlıq uzaq məsafəli ballistik raketlərə quraşdırmaq üçün nəzərdə tutulub. Qərb ekspertləri bu cür atom bombasının Şimali Koreyada mövcud ola bilməyəcəyini iddia edirlər.

Ekspertlər sadəcə olaraq bu şəkillərin Şimali Koreyanın dünyanı növbəti dəfə qorxutmaq üçün hiyləsi olduğunu hesab edirlər.

Qeyd edək ki, bu gün həmçinin Koreya Xalq Demokratik Respublikası  (KXDR) dəniz sularında iki yaxın mənzilli ballistik raketi ilə sınaq atışı həyata keçirib.


Ağa AKİFOĞLU

 
Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir