Modern.az

“Eurovision”a gedəcək təmsilçimiz haqda bunları da OXUYUN

“Eurovision”a gedəcək təmsilçimiz haqda bunları da OXUYUN

10 Mart 2016, 14:03


Azərbaycanı Stokholmda “Miracle” (Möcüzə) mahısı ilə Səmra Rəhimli edəcək. İctimai Televiziya və Radio Yayımları Şirkəti ölkəni 2016-cı ildə “Eurovision” mahnı müsabiqəsində Səmra Rəhimlinin təmsil edəcəyini rəsmən bəyan edib.

Şirkətin İctimaiyyətlə əlaqələr şöbəsindən Modern.az saytına verilən məlumatda bildirilir ki, 21 yaşlı ifaçı 10 may 2016-cı ildə baş tutacaq ilk yarımfinalda “Eurovision” səhnəsinə çıxaraq “Miracle” mahnısını ifa edəcək.

S.Rəhimli “Eurovision-2012”nin Milli Seçim Turunda iştirak edib. Lakin o dövrdə  Milli Müsabiqənin iki ən gənc iştirakçılarından biri kimi ictimaiyyətin diqqətini cəlb etmiş Səmra ölkəni “Eurovision”da təmsil etmək hüququnu əldə edə bilməyib.

Bundan sonra o, müxtəlif ölkələrdə keçirilən “Səs” müsabiqələrində iştirak edib və daha da püxtələşib. Belə ki, 2015-ci ildə S.Rəhimli “O səs Türkiyə” yarışmasında ¼ finala qədər irəliləyib, 2016-cı ilin mart ayında isə “Səs Azərbaycan” müsabiqəsinin ilk mövsümünün finalçısına çevrilib.

İfaçı və mahnı İctimai Televiziya və Radio Yayımları Şirkəti tərəfindən keçirilmiş daxili və gizli səsvermə, o cümlədən 100 televiziya və musiqi eksperti, Avropanın 35 ölkəsindən olan “Eurovision” azarkeşlərinin rəyi əsasında seçilib.

S.Rəhimlinin “Eurovision”da ifa edəcəyi “Miracle” mahnısının rəsmi təqdimatı bu həftə keçiriləcək.

Gülşən RAUFQIZI

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyada azərbaycanlılara HÜCUMLAR - Kreml yenidən diş qıcayır