Modern.az

İŞİD-in gürcü liderinin ölüm xəbər yalan çıxdı

İŞİD-in gürcü liderinin ölüm xəbər yalan çıxdı

10 Mart 2016, 14:06


İŞİD qruplşamasının liderlərindən biri sayılan Əbu Ömər Əş-Şişaninin ölüm xəbəri növbəti dəfə yalan çıxıb.

Modern.az xarici mətbuata istinadən xəbər verir ki, bu barədə Suriya İnsan Haqlarının Monitorinqi Mərkəzindən məlumat verilib.  

Mərkəzin məlumatına görə Əş-Şişani Amerika aviasiyasının zərbəsi nəticəsində ağır yaralanıb və Rakka şəhərində müalicəyə göndərilib.  

2 gün öncə Pentaqon rəsmiləri Əş-Şişaninin Əş-Şaşadi şəhərində öldürüldüyü barədə versiya irəli sürmüşdü.  

Vüqar İsmayılov  

 
Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Son dəqiqə Naxçıvanın Kərki kəndində etirazlar başladı