
Azərbaycan Mərkəzi Bankının (AMB) manatla bağlı 2015-ci il dekabrın 21-dən tətbiq etdiyi “üzən məzənnə” rejimindən imtina edəcəyi barədə informasiyalar yayılıb.
Yayılan informasiyalarda dolların məzənnəsinin 2 manatadək bahalaşacağı və yalnız ondan sonra bu sahədə sabitlik yaranacağı, AMB-nin ən gec may ayının əvvəlində sabit valyuta məzənnəsi haqqında qərarını açıqlayacağı iddia edilir.
Mərkəzi Bankın mətbuat xidmətinin rəhbəri Namiq Əliyev Modern.az saytının sorğusuna cavabında məsələyə aydınlıq gətirib.
O bildirib ki, yayılan informasiyalar əsassızdır: “Mərkəzi Bankın idarə olunan üzən məzənnə rejimindən imtina etmək niyyəti yoxdur”.
Gülşən RAUFQIZI