Modern.az

ABŞ prezidentliyinə namizəddən Ağ Evə tənqid: “Haqsızlıq ediblər”

ABŞ prezidentliyinə namizəddən Ağ Evə tənqid: “Haqsızlıq ediblər”

10 Mart 2016, 17:10

“Bu gün bütün dünyada hökumət başçıları ilə işləməyi bacarmaq lazımdır. ABŞ hökumətinin digər dövlətlərin rejimlərini devirmək yolundakı çoxsaylı cəhdləri bu ölkələrin vətəndaşlarını ona qarşı çıxarıb”.

Modern. az xarici KİV-nə istinadən xəbər verir ki, bu sözləri Vermont ştatından ABŞ prezidentliyinə namizəd Berni Sanders Univision söyləyib.

Prezidentliyə namizəd teledebatda demokratik quruluşlar haqqındakı müzakirələrdə ABŞ-ı ölkələrin hakimiyyətlərini devirməyə deyil, onlarla əməkdaşlıq etməyə səsləyib.

“Hesab edirəm ki, ABŞ rejimlərin dəyişməsinə cəhd etmək əvəzinə bütün dünyada hökumətlərlə birgə çalışmalıdır . Artıq biz görürük ki, Latın Amerikasında hökumətləri devirmək fəaliyyəti orada Amerika əleyhinə əhval-ruhiyyənin yaranmasına gətirib çıxarıb”.

Berni Sanders əlavə edib ki,  ABŞ Kubaya müdaxilə zamanı, Nikaraqua və Qvatemalada hökumətləri devirən zaman da haqsızlıq edib.

Ağa AKİFOĞLU

   
Whatsapp
Bizə yazın!
Keçid et
Görün İran necə çaşdı- Bakının cavabı nə olacaq?