Modern.az

QHT Şurasında qadınların seçkisi keçirildi

QHT Şurasında qadınların seçkisi keçirildi

Təhsil

10 Mart 2016, 18:52



Bu gün Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası üzvlüyünə "Ailə, qadın və uşaq məsələləri" qrupu üzrə seçki keçirilib.

Modern.az xəbər verir ki, iclasa açıq səsvermə ilə  Müşviq Ələsgərli sədr, Mətanət Əsgərova isə katib seçilib. Sonra say komissiyasının 3 nəfərdən ibarət tərkibi müəyyən edilib. Müşviq Ələsgərli bildirib ki, iclasda qeydə alınmış 59 QHT nümayəndəsindən 49-u iştirak edir.

Şura üzvlüyünə namizədlər Azərbaycan Gənclərinin Avropaya İnteqrasiyası Təşkilatının sədri Nərgiz Eyvazova, "Gender və İnsan Hüququ" Araşdırma Birliyinin sədri Rəna Mirzəzadə, "Yaradıcı Gənclər" İctimai Birliyinin sədri Arzu Vəlibəyova  və "Gənclərin Maarifləndirilməsi və Təlimi" İctimai Birliyinin İdarə Heyətinin üzvü Tehran Əbilova iclasda çıxış ediblər. 

Səsvermədən sonra nəticələr açıqlanıb. Ən çox səs toplayan ilk 3 nəfər Rəna Mirzəzadə (43 səs), Nərgiz Eyvazova (25 səs) və Arzu Vəlibəyova  (7 səs) olub.

Qeyd edək ki, sabah  “Qaçqın, köçkün, əlil və veteranların məsələləri” qrupu üzrə seçkilər keçiriləcək.

Modern.az

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyada azərbaycanlılara HÜCUMLAR - Kreml yenidən diş qıcayır