Modern.az

Sarkisyan Putinə Qarabağa görə təşəkkür etdi

Sarkisyan Putinə Qarabağa görə təşəkkür etdi

10 Mart 2016, 20:45


Moskvada Rusiya və Ermənistan prezidentləri arasında görüş keçirilib. Modern.az saytı APA-ya istinadən xəbər verir ki, Kremldə keçirilən görüşdə Vladimir Putin və Serj Sarkisyan ikitərəfli əməkdaşlıq münasibətlərinə dair əsas məsələlər, iqtisadi-ticarət, enerji və humanitar sahədə əlaqələr, eləcə də Avrasiya məkanında inteqrasiya prosesi müzakirə olunub.  

Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı sərhədlərində təhlükəsizlik məsələsi də prezidentlərin müzakirə mövzusu olub.  

Vladimir Putin erməni həmkarına iqtisadi əməkdaşlıq məsələlərini müzakirə etməyi təklif edib. Rusiya prezidenti iki ölkə arasındakı münasibətləri strateji tətəfdaşlıq kimi xarakterizə edib: "Bizim münasibətlər uğurla inkişaf edir. Əlbəttə ki, obyektiv xarakter daşıyan problemlər mövcuddur". 

Serj Sərkisyan  Rusiya prüzidentinə  Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində göstərdiyi səylərə görə təşəkkür edib.

"Biz bu münaqişənin sülh yolu ilə həllinə sadiq olduğumuzu bir daha bəyan edirik", - deyə Ermənistan prezidenti əlavə edib.  

Modern.az

 

 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Əliyev Putinlə görüşə gedir