Modern.az

“Taliban” dəstələri arasında toqquşmada 150 nəfər ölüb

 “Taliban” dəstələri arasında toqquşmada 150 nəfər ölüb

Dünya

10 Mart 2016, 22:44

 

Əfqanıstanın qərbində “Taliban” hərəkatının dəstələri arasında dörd gündür davam edən toqquşmalar nəticəsində ölənlərin sayı 150 nəfərə çatıb. Modern.az saytı APA-ya istinadən xəbər verir ki, “Taliban” hərəkatının iki dəstəsi arasında qarşıdurma martın 7-də Gerat əyalətinin Şindad rayonunda baş verib.

Ölənlərin sayının artacağı istisna olunmur. Qarşıdurmanın səbəbləri hələlik açıqlanmır.

Qeyd edək ki, “Taliban”ın lideri Molla Ömər 2015-ci ilin iyulunda öldükdən sonra Əhtər Məhəmməd Mənsur hərəkata rəhbərlik etməyə başlayıb, lakin bir neçə komandir onu lider kimi qəbul etməkdən imtina edib. Bəzi təsdiq olunmamış məlumatlara görə, Əhtər Mənsur dekabrda öldürülüb.  

Modern.az

 
Telegram
Hadisələri anında izləyin!
Keçid et
Paşinyan Qazaxa gəldi - Ermənilər üzərinə hücum çəkdi