Modern.az

Rusiya və Amerika Suriyanı 3 yerə bölmək istəyir

 Rusiya və Amerika Suriyanı 3 yerə bölmək istəyir

11 Mart 2016, 11:41

Rusiya və Amerika atəşkəsin əldə olunduğu Suriyanı federal dövlətə çevirmək barədə müzakirə aparırlar.

Modern.az “Reuters” agentliyinə istinadən xəbər verir ki, bu barədə BMT-dəki adı açıqlanmayan yüksək çinli məmur deyib.  

Qeyd olunur ki, ölkədəki milli və dini icmalara muxtariyyətin verilməsi bu Yaxın Şərq ölkəsini parçalanmaqdan xilas edə biləcək yeganə vasitə hesab olunur.  

Təklif artıq BMT-nin Suriya üzrə səlahiyyətli nümayəndəsi Staffanu de Musturaya göndərilib.  

Bundan öncə, Demokratik İttifaq Partiyasının sədri Əlham Əhməd Suriyanın cənub, mərkəz və şimal əyalətlərinə bölünəcəyini və həmin vilayətlərin etnik tərkibi nəzərə alınaraq Dəməşqdən müəyyən muxtariyyət qazanacağını demişdi.    

Vüqar İsmayılov  

 
Telegram
Hadisələri anında izləyin!
Keçid et
Görün İran necə çaşdı- Bakının cavabı nə olacaq?