Modern.az

Elmar Məmmədyarov AFFA İcraiyyə Komitəsinə üzv seçildi

Elmar Məmmədyarov AFFA İcraiyyə Komitəsinə üzv seçildi

11 Mart 2016, 12:06

 

Bu gün Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) hesabat-seçki konfransında qurumun İcraiyyə Komitəsinin üzvlərinin adları müəyyən olub.

AFFA-dan Modern. az-a verilən məlumata görə Ümümazərbaycan Futbolsevərlərin İctimai Birliyi tərəfindən namizədliyi irəli sürülən Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarov da İcraiyyə Komitəsinin üzvü seçilib.  

Yeni seçilən İcraiyyə Komitəsinin üzvlərinin siyahısı belədir :

Peşəkar Futbol Liqası - 2 yer

1. Rauf Əliyev - AZAL PFK tərəfindən

2. Vaqif Sadıqov - "Sumqayıt" FK tərəfindən

3. Elşad Nəsirov - "Neftçi" PFK tərəfindən

4. Qurban Qurbanov - "Qarabağ" FK tərəfindən

Regional Futbol Federasiyaları İctimai Birliyi - 2 yer

1. Kazbek Tuayev - Regional Futbol Federasiyası İctimai Birliyi tərəfindən

2. İsgəndər Cavadov - Şimal Regional Futbol Federasiyası tərəfindən 

Sahə Futbol Federasiyaları - 2 yer

1. Mahir Məmmədov - Azərbaycan Futzal Federasiyası tərəfindən

2. Mirkamil Rəhimov - Uşaq və Gənclər Futbol Federasiyası tərəfindən 

İctimai Futbol Təşkilatları - 2 yer

1. Elmar Məmmədyarov - Ümümazərbaycan Futbolsevərlərin İctimai Birliyi tərəfindən

2. Firudin Qurbanov - Futbol Hakimləri İctimai Birliyi tərəfindən

Qeyd edək ki, "Xəzər Lənkəran"ın vitse-prezidenti Tuyqun Nadirovun namizədliyini geri götürməsindən sonra seçkilən 10 nəfər olub. 

Modern.az        
Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyada azərbaycanlılara HÜCUMLAR - Kreml yenidən diş qıcayır