Modern.az

İranda hər il 1000 adam edam edilir

İranda hər il 1000 adam edam edilir

11 Mart 2016, 13:51

Birləşmiş Millətlər Təşkilatının İran üzrə məruzəçisi Əhməd Shaheed İranda hər il orta hesabla 1000 adamın edam edildiyini açıqlayıb.

Modern.az-ın xarici mediaya istinadən verdiyi xəbərə görə, o, edam edilənlər arasında 18 yaşa qədər uşaqların da olduğunu bildirib.

BMT-dəki paneldə İrandakı insan haqlarının vəziyyətini qiymətləndirən BMT-nin xüsusi məruzəçisi Əhməd Shaheed deyib ki, edam edilənlərin böyük əksəriyyəti narkotik cinayətlərinə görə həbs olunanlardır.

Onun sözlərinə görə, İranda 30 qram heroin və kokain almaq edam cəzası almaq üçün kifayətdir. Bu ölkədə korrupsiyayagörə də edam cəzaları çıxarılır.

Yaşı 18-dən aşağı olanların da edam edildiyini vurğulayan  BMT rəsmisi deyib:

“Bu,  beynəlxalq qanunlarla qadağan olunmuşdur. İran son 10 ildə 73 uşağı edam edib. Bu digər ölkələrin hamısından çoxdur. 2014-2015-ci illərdə edam edilən uşaqların sayı isə 16-dır”.

Modern.az


Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir