Modern.az

Rusiya ilə İran arasında 8 milyardlıq silah sövdələşməsi ləğv oluna bilər – SƏBƏB

Rusiya ilə İran arasında 8 milyardlıq silah sövdələşməsi ləğv oluna bilər – SƏBƏB

11 Mart 2016, 15:21

 

Rusiyanın “Rostex” dövlət korporasiyasının baş direktoru Sergey Çemezov İranla hərbi əməkdaşlığa toxunaraq önəmlıi açıqlamalar verib.  

Modern.az xəbər verir ki, “Wall Street Journal”a müsahibəsində Çemezov İranla 8 milyard dollarlıq silah müqaviləsi imzaladıqlarını, lakin heç bir halda Rusiyanın İrana silah krediti verməyəcəyini deyib. Çemezov İranın almaq istədiyi silahların siyahısını “çox uzun” adlandırıb.  

“Bu ilin sonuna kimi İrana S-300 raketləri ilə təmin edəcəyik. Çox güman ki, bu avqust yaxud sentyabr aylarında baş tutacaq. Biz öncə onlara “Antey-2500” raketlərini təklif etdik, lakin iranlılar dedi: “Yox bizə məhz S-300 lazımdır”. Biz də “okey” dedik.

Yəqin ki, İrandan sonra S-300 raketlərini daha heç bir ölkəyə satmayacağıq. Onların istehsalını dayandırmağı düşünürük”.  

Qərb mediasının məlumatına görə isə İran Rusiyadan bir çox silahlar almaq istəsə də, bundan əvvəl həmin silahların bəzilərini Livandakı “Hizbullah” qruplaşmasına ötürdüyü üçün Kremlin qəzəbinə tuş gəlib.  

İsrail kəşfiyyatının “Hizbullah”da Rusiya istehsalı olan “Pantsir-S1” özüyeriyən top sistemlərinin və “Yaxont” gəmi əleyhinə raketlərin olmasını sübut edən materiallarından sonra Putin şəxsən Teharana silah satışını dondurub.      

Vüqar İsmayılov

 
Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
TƏCİLİ! Bayrağımız Qazaxın kəndlərində qaldırıldı