Modern.az

Bu ölkədə əsgərlərə qadınları zorlamaq icazəsi verildi

 Bu ölkədə əsgərlərə qadınları zorlamaq icazəsi verildi

Dünya

11 Mart 2016, 21:46

 

Cənubi Sudan hakimiyyəti loyal yığma qoşun döyüşçülərinə əmək haqqı əvəzinə qadınları zorlamağa razılaşıb. Modern.az xarici mediaya istinadən bildirir ki, bu haqda BMT-nin həmin ölkədəki vəziyyətlə bağlı hesabatında qeyd edilir.

Sənəddə bildirilir ki, yerli hakimiyyət yaraqlıların törətdikləri cinayətlərə təkcə göz yummurlar, həm də onları mükafatlandırırlar.

“Hökumət qüvvələrinin və könüllülərin seksual zorakılığının növləri və həcmi qorxulu detalları ilə təsvir edilir”, - BMT-nin insan haqları üzrə ali komissarı Zeyd Raad əl-Hüseyn deyib. Onun sözlərinə görə, son 5 ayda zorakılığa məruz qalan qadınların sayı 1,3 min nəfərə çatıb.

Qeyd edək ki,  Cənubi Sudanda 2013-cü ildə prezident Salva Kiir keçmiş müavini Rika Maxaranı dövlət çevrilişinə cəhddə günahlandırandan bəri vətəndaş müharibəsi başlayıb.  

 

Modern.az

 
Twitter
Sizə yeni tvit var
Keçid et
Rusiyadakı miqrantlara xəbərdarlıq - Qadağan olunur!