Modern.az

İcra başçısının ailə üzvləri qəzaya düşüb

İcra başçısının ailə üzvləri qəzaya düşüb

Təhsil

11 Mart 2016, 21:59

 

Zərdab Rayon İcra Hakimiyyətinin başçısı Lütfəli Babayevin ailəsində bədbəxt hadisə baş verib. Modern.az saytı aznews.az-a istinadən xəbər verir ki, icra başçısının bacısı Kamilə Babayeva Ucar rayonu ərazisində ağır yol qəzası keçirib.

Qəzaya düşən "Toyota" markalı avtomobildə K.Babayeva ilə yanaşı, yeznəsi və qızı olub. Yaralılar xüsusi vertolyotla Bakıya gətiriliblər. Gömrük Hospitalına yerləşdirilən yaralılardan başçının bacısının vəziyyəti çox kritik qiymətləndirilir. Hazırda icra başçısı və ailə üzvləri xəstəxanadadırlar.  

Modern.az

 
Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Xameneiyə qarşı gizli plan - Şok detallar üzə çıxdı