Modern.az

Rusiyanı hədələyən NATO generalı vəzifəsindən getdi

 Rusiyanı hədələyən NATO generalı vəzifəsindən getdi

Dünya

12 Mart 2016, 00:26


NATO-nun Avropa komandanlığında rəhbər vəzifənin təhvil verilmə mərasimi 2016-cı ilin yazında olacaq.  NATO-nun şurası ABŞ generalı Kertis Skaparottinin alyansın Avropada birləşmiş silahlı qüvvələrinin ali baş komandanı təyin olunmasını bəyənib.   Modern.az saytı xarici mediaya istinadən xəbər verir ki, bu barədə NATO-nun mətbuat xidmətindən məlumat verilib.  

Məlumata əsasən, general Skaparotti onun təsdiq olunma prosesi ABŞ-da başa çatandan sonra vəzifəsinin icrasına başlayacaq və NATO-nun Avropada BSQ-nin baş komandanı general Filip Bridlavı əvəz edəcək.

Qeyd olunur ki, hazırda general Skaparotti ABŞ silahlı qüvvələrinin Cənubi Koreyada komandiridir.  Avropada NATO BSQ-nin komandanlığının Bridlavdan Skaparottiyə verilməsi mərasimi 2016-cı ilin yazında olacaq.

Modern.az  
Twitter
Sizə yeni tvit var
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır