Modern.az

Amerika BMT Təhlükəsizlik Şurasının iclasını çağırdı – İrana görə

Amerika BMT Təhlükəsizlik Şurasının iclasını çağırdı – İrana görə

12 Mart 2016, 10:15


Amerika BMT  Təhlükəsizlik Şurasının növbədənkənar iclasını mart ayının 14-nə çağırıb.

Modern.az saytı xarici KİV-ə istinadən xəbər verir ki, növbədənkənar iclasın təcili çağırılmasına əsas səbəb İranın ballistik raketləri bu günlərdə sınaqdan keçirməsi olub.

Bu barədə ABŞ-ın BMT-dəki daimi nümayəndəsi Samanta Pauer  keçirdiyi mətbuat konfransında söyləyib.

“İran rəsmiləri raketlərin birbaşa olaraq İsrailə istiqamətləndiyini bəyan ediblər. Ən yaxın müttəfiqimizə qarşı edilən təhdidlərə qarşı səssiz qala birmərik. Tehranın bu addımını təxribat və sabitliyə zidd mövqe kimi qiymətləndiririk”.

Modern.az  

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir